Belorusiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

24-03-2025, 19:20 220 dəfə baxılıb

 

Belarus prezidenti Aleksandr Lukaşenkonun göstərişi ilə ölkənin silahlı qüvvələrin döyüş hazırlığının sınağı başlayıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

"Bu gün Belarus prezidentinin tapşırığına əsasən, Belarus Respublikası Təhlükəsizlik Şurasının Dövlət Katibliyi silahlı qüvvələrin döyüş hazırlığının yoxlanılmasına başlayıb. Təlimlərə cəlb olunan bölmələr təyin olunmuş ərazidə mühəndis texnikası, kamuflyaj, mühafizə və müdafiə tədbirləri həyata keçirməli, standart silahlardan sınaq atışlarını yerinə yetirməli olacaqlar", - deyə məlumatda bildirilib.

Müasir hərbi münaqişələrin təcrübəsi nəzərə alınmaqla döyüşə yaxın mühitin yaradılması üçün həm zərbə, həm də kəşfiyyat PUA-larından, eləcə də aviasiyadan istifadə edilməsi nəzərdə tutulur. Müdafiə Nazirliyi, həmçinin yoxlama zamanı hərbi texnikanın hərəkətinin planlaşdırıldığı, ümumi istifadədə olan avtomobil yollarında və müəyyən ərazilərdə mülki nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlərin mümkünlüyünə diqqət çəkib. /Teleqraf

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031