Nazir Rəşad Nəbiyev Kürdəmirdə vətəndaşları qəbul edəcək

19-03-2025, 18:16 214 dəfə baxılıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 1 aprel 2025-ci il tarixində saat 11:00-da Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Ağsu və Kürdəmir rayonlarının sakinlərini qəbul edəcək.


 Yenisirvanli.İnfo.Az xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.


Qəbula 31 mart 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.


Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda aprel ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930