Bayram günlərində rayonlarda istirahət NEÇƏYƏ BAŞA GƏLİR?

11-03-2025, 10:42 219 dəfə baxılıb

 

Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 qeyri-iş günü olacaq.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu müddətdən faydalanan vətəndaşlar istər bölgələrə, istərsə də xarici ölkələrə səyahət etməyi planlaşdırırlar. Bayram günlərində, xüsusilə də uzunmüddətli tətillərdə hotel qiymətləri adi günlərlə müqayisədə xeyli artır.

Ekspertlərin sözlərinə görə, xariclə müqayisədə ölkədaxili istirahət daha ucuz başa gəldiyi üçün daxili turizmə maraq böyükdür.

“Şimal bölgəsində 4 ulduzlu hotellərin qiyməti 100-150, 5 ulduzlu hotellərin qiyməti 150-250 manat arasında dəyişir. Bura 2 nəfərlə qalmaq və səhər yeməyi daxildir. Şəki-Qax-Zaqatala bölgəsində 4 ulduzlu hotellər 80-130, 5 ulduzlu hotellər 130-200 manat arasında dəyişən qiymətlərlə təklif olunur. Lənkəran, Masallı, Astarada olan hotellərin qiyməti nisbətən münasibdir. 4 ulduzlu hotellər 80-120, 5 ulduzlu hotellər isə 100-150 manatdan başlayan qiymətlərlə təklif olunur”, – deyə turizm eksperti Rəhman Quliyev mövzu ilə bağlı Baku TV-yə açıqlamasında bildirib.

Ekspertlər onu da qeyd ediblər ki, turizm sahəsində qiymətlərin qalxması mövsümi xarakter daşıyır və tələbin çoxluğu ilə əlaqədardır.

Ətraflı süjetdə:

 Yenisirvanli.İnfo.Az 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930