Qızıl almaq istəyənlərin nəzərinə - Aldadıla bilərsiniz (VİDEO)

7-03-2025, 11:26 163 dəfə baxılıb

 

Qızılın içindən dəmir çıxdığına dair görüntülər yayılıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə iddia edilir ki, qızılın içindən dəmir çıxıb. Qeyd edilir ki, çəkisi qızılla birlikdə hesablansa da, içərisindəki başqa metaldır.

Paylaşıma yazılan şərhlərdə də bunu təsdiqləyən izləyicilər belə hallarla çox rastlaşdırlarını bildirirlər. Videoda qeyd olunur ki, bu metalın çəkisi 3-4 qramdır.

Zərgərlərin özləri də bu formadakı qızıl-zinət əşyalarının çoxunda dəmir olduğunu təsdiqləyilər.

Məsələ burasındadır ki, vətəndaş zinət əşyası alan zaman bu metal da qızılın çəkisi ilə birlikdə hesablanır. Lakin videodakı kimi zədələnən bir qızılı satdıqda həmin dəmirin çəkisi qiymətdən çıxılır.

Satıcılar isə deyirlər ki, bu adi haldır. Onlar da topdan zinət əşyası aldıqları zaman çəkisi içindəki həmin metalla birlikdə hesablanır.

O da bildirlir ki, təkcə Türkiyə yox, İtaliya, Ərəbistan və Rusiya istehsalı olan qızıllara da belə metallar yerləşdirilir. Amma bu, bütün qızıl əşyalarında yox, keçmə halqa zinət əşyalarında və saatlarda olur.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031