“İş yerləri ilə bağlı sosial şəbəkələrdə boş-boş danışırlar”

16-01-2026, 13:41 226 dəfə baxılıb

 

“İş yerlərinin açılması ilə bağlı sosial şəbəkələrdə boş-boş danışırlar. Deyirlər Qarabağda və Şərqi Zəngəzurda iş yerləri açılır, amma Gəncədə, Sumqayıtda yaşayanlar gedib orada işləməyəcək. Niyə işləməsin?!”


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova bildirib.


“Azərbaycanda bütün infrastruktur yaranıb, yollar gözəldir. Siz Qərb ölkələrini görsəniz... Fransada yaşayan gəlib İsveçrədə işləyir. Nəyə görə? Çünki iş yerləri açılıb, imkanlar verilib və s. Niyə görə onlar bunu edirlər, bizimkilər edə bilmirlər? Niyə hər dəfə nəyisə tapıb nöqsan kimi göstərmək istəyirlər?”, - komitə sədri əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031