Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova saxtakarlığa yol verir-ŞOK TƏFƏRRÜATLAR..
Tovuz rayon sakini Akif İbrahimov Vetenperverlertv.az Redaksiyasına müraciət ünvanlayıb.
YeniSirvanli.İnfo.Az Vetenperverlertv.az-a istinadən üraciəti olduğu kimi oxucularımıza çatdırır:
"Hörmətli Redaksiya"! Mən Tovuz Rayon Məşədilər kənd sakini İbrahimov Akif qeyd etmək istəyirəm ki, mən bu gün yenədə Tovuz Dövlət sosial-iqtisadi kollecinin saxtakar rüşvətxor direktoru Hicran Əyyubova haqqında danışacam əlbəttə ki mən bu şəxs barəsində kifayət qədər ciddi faktları səs yazılarını ictimaiyyətə təqdim etmişəm lakin Təəssüflər olsun ki Hicran Əyyubovaya nədənsə gözün üstə qaşın var deyən tapılmır bəs maraqlıdır görəsən Hicran Əyyubovanı hansı qara qüvvələr və sehrli əllər qoruyur? Məgər aidiyyəti qurumlar bunu görüb eşitmirlər və ya görüb görməməzlikdən eşidməməzlikdən gəlirlər. Məntiqlə belə nəticə hasil olur ki, Hicran Əyyubovayla əl birdilər. Mən oğlum Abdullanın qanunsuz və əsassız qərəzli şəkildə işdən çıxarılması ilə əlaqədar Tovuz rayon məhkəməsinə müraciət etmişdim Tovuz rayon məhkəməsidə haqlı olaraq oğlumun əsassız yerə işdən çıxarılmasını dəyərləndirib ədalətli qərar qəbul etmişdi.lakin Tovuz rayon məhkəməsinin ədalətli qərarını həzm edə bilməyən rüşvətxor direktor həmin qərardan Apellyasiya şikayəti vermişdi hörmətli izləyicilər sizcə Hicran Əyyubovanın bu yanaşması bizim ailəyə qarşı qərəzli deyilmi? Məncə də qərəzlidir əlbəttə ki Hicran Əyyubova səmimi olsaydı məhkəmənin qərarına hörmətlə yanaşardı bilirsiniz ki mən Hicran Əyyubovanın qanunsuz əməlləriini faktlarla səs yazıları ilə ifşa etmişəm Hicran Əyyubova da məndən qərəzli şəkildə qisas alır. Xatırlayırsınızsa bir müddət əvvəl Hicran Əyyubovanın öz iş otağında ölkə başçısının şəkilini çıxardıb öz şəkilini asmasınıda ictimaiyyətə təqdim etmişəm daha sonra Hicran Əyyubovanın digər müəllimlə də imtahandan pul qazanmasını təsdiq edən səs yazısını təqdim etmişəm ancaq bütün bu ciddi qanun pozuntusuna baxmayaraq hələ də aidiyyəti qurumlar ölkənin qanunlarına riayət etmirlər əgər elm və təhsil nazirliyində qanunlara işləsəydi hörmət olunsaydı Hicran Əyyubovanın bu və digər qanunsuz əməlləri cavabsız qalmazdı deməli elm və təhsil nazirliyi elm və Ali təhsil üzrə Dövlət agentliyi yerində deyil ya kardır yada gör yoxsa bu təhsil ocağı haqqda dərhal araşdırma aparılardı ən vacib bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm ki Hicran Əyyubovayla bağlı mənim etdiyim çıxışımı xaricidə fəaliyyət göstərən Qabil Məmmədov sosial şəbəkələrdən götürüb öz kanalında paylaşmışdı lakin 2 gündən sonra həmin mənim müsahibəm Qabil Məmmədovun kanalından silindi axı necə silindi kim və ya kimlər bildirdi bax bu çox ciddi faktdır odur ki mən dövlət qurumlarından çox xahiş edirəm ki bu faktı təcili araşdırsınlar..Vetenperverlertv.az