İstirahət mərkəzlərində "əl yandıran" Yeni il qiymətləri: "Bu məbləğə xaricə getmək olar"

11-12-2025, 16:48 122 dəfə baxılıb

 

Yeni ilə sayılı günlər qalıb. Təbii ki, bayram günlərini bölgələrdə və ölkə xaricində qeyd etmək istəyən kifayət qədər insan var. Sirr deyil ki, xüsusi günlərdə hotellərin və turpaketlərin qiymətində artım baş verir.


Baku TV bu il bölgələrdə istirahətin neçəyə başa gələcəyini öyrənmək üçün hotellərdən bir neçəsi ilə əlaqə saxlayıb.


Onlardan birində 2 nəfərlik turpaketin qiymətinin 1860 manatdan başladığı bəlli olub.


Sakinlərin bəziləri bu qiyməti normal hesab etsə də, çoxları üçün hədsiz bahadır.


"Turpaketə daxil olan xidmətlərdən asılı olaraq qiymətin baha olub-olmadığını demək olar. Amma bu məbləğə xaricə gedib, bayramı daha yaxşı keçirmək olar", - deyə sakin söyləyib.


Mütəxəssislər isə xüsusi günlərdə nisbətən endirimlərdən yararlanmaq üçün bir neçə ay əvvəldən rezervasiya etməyi məsləhət görürlər.


Daha ətraflı süjetdə:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031