Əsgər maaşının bank kartları ilə verilməsinə BAŞLANILDI

3-11-2025, 15:41 142 dəfə baxılıb

 

"Azərbaycan Ordusunun şəxsi heyətinin xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam edir".


Bu barərə Yenisirvanli.info.az -ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən (MN) bildirilib.


Qeyd edilib ki, tədbirlər çərçivəsində bütün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının "əsgər kartı" ilə təmin olunması planlı şəkildə yerinə yetirilib:


"Bununla da əsgərlərin aylıq məvaciblərini vaxtında, rahat və şəffaf şəkildə əldə etmələrinə nail olunub".


13:32


Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək.


Yenisirvanli.info.az  Modern.az-a istinadən xəbər verir ki, bunun üçün "əsgər kartları" hazırlanıb.


Qeyd olunur ki, artıq "əsgər kartları"nın hərbi qulluqçulara paylanmasına başlanılıb.


Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, "əsgər kartları" şəffaflığın təmini üçün tətbiq edilir:


"Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları "əsgər kartı" vasitəsilə veriləcək. Bu da şəffaflığı qorumaq baxımından çox böyük əhəmiyyət daşıyır. Bu kartlar rüşvət hallarının müəyyən mənada qarşısını alacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031