Metroda gediş haqqı 60 QƏPİK olacaq

29-09-2025, 13:21 82 dəfə baxılıb

 

Bakı Metropoliteni QSC-də gediş haqları artırılıb.


Yenisirvanli.info.az xəbər verir ki, yeni tarif Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında qeyd olunub.


Bildirilib ki, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik müəyyən edilib.


Həmçinin qeyd olunub ki, ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edilib və yeni tariflər təsdiqlənib.


Sözügedən dəyişiklik oktyabrın 1-dən etibarən qüvvəyə minəcək.


Xatırladaq ki, hazırda Bakı Metropoliteni QSC-də gediş haqqı 50 qəpik təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031