İstilik bahalaşdı: Binaların qazı kəsiləcək?

1-08-2025, 11:21 422 dəfə baxılıb

Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifləri artıb.

Tarif (Qiymət) Şurası “Azəristiliktəchizat” ASC-nin göstərdiyi xidmətin tarifinin tənzimlənməsi barədə” 29 dekabr 2024-cü il tarixli qərarında dəyişiklik edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Qərara əsasən, əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manatdan 21 manata, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,3 manatdan 0,45 manata çatdırılıb.

Qeyd edək ki, elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif da tətbiq ediləcək. Bu, “Elektroenergetika haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanuna əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.

İstilik xidmətlərinin qiymətinin artması keyfiyyətə də təsir edəcəkmi? Bu proses hündürmərtəbəli binalarda qaz verilməsinin dayandırılacağı ilə bağlı yayılan məlumatlara hazırlıq məqsədi daşıya bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bundan öncə də “Azəritiliktəchizat” tarifləri artırmışdı:

“Ancaq keyfiyyətə heç bir təsiri olmamışdı. Ona görə indi bunun böyük bir keyfiyyət dəyişikliyinə səbəb olacağını düşünmürəm. Əsas səbəb odur ki, dövlət inhisarçı şirkətləri, o cümlədən “Azəristiliktəchizat” ziyanla işləyir və büdcədən dotasiya alır. İndi dotasiyanı azaltmağı düşünürlər.

Burada da məntiq doğru işləmir. Çünki ziyanla işləyən müəssisədə ilk növbədə xərclər azaldılmalıdır. Bizdə bunun əksini edirlər. Belə ki, bizdə xərcləri azaltmaq əvəzinə qiymətləri artırırlar.

O ki qaldı hündürmərtəbəli binalara qaz verilməsinin dayandırılmasına, bu şayiədir. Bundan sonra tikilən, artıq tikinti dövrünü yaşayan və yaxud təməli qoyulan binalarda belə addımların atılması mümkündür.

Ancaq artıq qaz təchizatı olan binalara yenidən ayrıca istilik xətlərinin çəkilməsi mümkün deyil. Çünki texniki olaraq bu çox çətin bir proses ola bilər. Ayrı-ayrı binaların öz qazanxanaları hesabına keçirdə bilərlər. Daha çox yeni tikilən binalara aid ediləcək”.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031