Məşhur "Skype" xidməti tamamilə bağlanır

28-02-2025, 18:38 102 dəfə baxılıb

 

ABŞ-nin "Microsoft" şirkəti 2025-ci ilin may ayında "Skype" xidmətini tamamilə bağlayacaq...

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "XDA Developers" portalı məlumat yayıb.

Bildirilir ki, son yeniləmədə istifadəçilərə "Teams" xidmətinə keçmələri tövsiyə olunur.

"Skype" may ayından etibarən əlçatan olmayacaq. Zənglər və çatlar üçün "Teams"dən istifadə edin", - deyə portalda bildirilir.

Qeyd edək ki, 2003-cü ildə istifadəyə verilən "Skype" platforması 2011-ci ildə "Microsoft" tərəfindən satın alınıb. 2017-ci ildə "Microsoft" "Skype"a bənzər "Teams" platformasını istifadəyə verib.

"Microsoft" hazırda bu mövzu ilə bağlı şərh verməkdən imtina edir.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031