Azərbaycanda 600 nəfər öləndən sonra donor olmaq istəyir

22-09-2025, 17:46 74 dəfə baxılıb

 

Fevral ayından indiyədək ölümündən sonra orqanlarını bağışlayan şəxslərin sayı 50-dən 600-ə yüksəlib".


Yenisirvanli.info.az  xəbər verir ki, bunu Modern.az-a müsahibəsi zamanı Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.


 


O bildirib ki, bu məsələ ilə bağlı universitetlərdə də maarifləndirmə işləri mütəmadi aparılır:


"Müşahidələrimiz onu deməyə əsas verir ki, yaşlı insanların əksəriyyəti orqanlarını bağışlamağa müsbət yanaşmasalar da, gənclər arasında bu tendensiya tamamilə fərqlidir. 10 milyon əhalinin 5 milyonu donor olsa da, reanimasiyadan beyin ölümünün olduğu ilə bağlı xəbər gəlməsə, bağışlanan orqanları belə götürmək mümkün olmayacaq. Bu sahədə isə ciddi işlərimiz gedir. Əvvəllər problemlərimiz var idi - sistem yeni idi. Həkimlər işin ciddiyyətini anlamırdılar. Lakin getdikcə, bu maneələr aradan qalxır", - deyə Yeganə Abbasova qeyd edib.


Qeyd edək ki, 2025-ci ilin əvvəlindən cari ilin aprelinə qədər 62 nəfər ölümündən sonra orqan bağışlamaq üçün müraciət etmişdi. Bu rəqəm son beş ayda təxminən 10 dəfə artaraq 600-ə çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031