Azərbaycanda orqan bazarı: Sosial şəbəkələrdə gizli elanlar yayıldı, polis hərəkətə keçdi

18-04-2025, 10:51 257 dəfə baxılıb

 

Almaniyada 24 yaşlı Azərbaycan vətəndaşı 200 min dollara böyrəyini satıb.

Ölkədə orqan transplantasiyası ilə bağlı mövcud qadağalar olduğu halda sosial şəbəkədə istər böyrəyini, istər qaraciyərini, istərsə də digər orqanlarını satanların sayı az deyil.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Baku TV-nin əməkdaşı donor olmaq istəyən şəxslə əlaqə saxlayaraq qiyməti öyrənib.

Sözügedən şəxs bildirib ki, hər altı aydan bir həkimlər tərəfindən sağlamlığı yoxlanılır. Böyrəyini isə 20-30 min manata təklif edir.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib ki, orqan yalnız təmənnasızlıq prinsipi əsasında bağışlana bilər.

Əks halda donorun sağlamlıq vəziyyəti orqan bağışlamağa uyğun deyilsə, yaxın qohumu olmadığı və ticarət məqsədilə həyata keçirildiyi halda qanun pozuntusu hesab olunur və qadağandır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, sosial şəbəkədə və ya ayrı-ayrı şəxslər tərəfindən orqan satışı ilə bağlı yerləşdirilən elanların hər biri polis tərəfindən araşdırılır.

Ətraflı Baku TV-nin süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930