Sürücülərə ÇAĞIRIŞ: Avtomobil nömrələrinizi gizlətməyin

6-08-2025, 10:00 551 dəfə baxılıb

 

Son zamanlar Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aparılan müşahidələr zamanı xüsusilə magistral yollarda və hərəkət intensivliyi yüksək olan ərazilərdə bəzi sürücülərin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını örtüklə, parça və ya digər vasitələrlə gizlətməsi hallarına daha tez-tez rast gəlinir.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb:

 "Bu cür halların əsas məqsədi sürücülərin radar və digər texniki nəzarət vasitələrindən yayınması, törədilən qayda pozuntularını qeydə alınmaz vəziyyətə gətirməyə çalışmasıdır. Lakin unutmaq olmaz ki, bu cür davranış yalnız inzibati hüquq pozuntusu deyil, həm də cəmiyyətin təhlükəsizliyinə qarşı yönəlmiş məsuliyyətsiz bir addımdır.

 

Yol hərəkətində şəffaflıq və təhlükəsizlik prinsiplərinə ciddi zərbə vuran bu cür hallara qarşı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri gücləndirilmiş, xüsusi texniki vasitələrin köməyi ilə qeydiyyat nişanlarını qəsdən gizlədən sürücülərin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin edilir.

 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri qanunlara əməl etməyə, nəqliyyat vasitələrinin qeydiyyat nişanlarının üzərinə müdaxilə etməməyə çağırır.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031