Sürücülərə XƏBƏRDARLIQ - Bunu edənlər 60 AZN CƏRİMƏLƏNƏCƏK

8-04-2025, 10:37 66 dəfə baxılıb

 

Bakı Şəhər DYP İdarəsi tərəfindən piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Piyada qəzalarının baş verməsinə səbəb olan amillərdən biri də nəqliyyat vasitələrinin səkilərdə park edilməsidir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  bu barədə Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli BAKU.WS-ə bildirib. aparılan müşahidələr deməyə əsas verir ki, dəfələrlə edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq bəzi sürücülər yenə də nəqliyyat vasitələrini piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərdə park edirlər.

"Nəzərə almaq lazımdır ki, belə olduğu təqdirdə piyadalar avtomobil yolunda hərəkət etmək məcburiyyətində qalırlar və bu da öz növbəsində piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinə real zəmin yaradır.

Mövcud qanunvericiliyin tələbinə əsasən səkilərdə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və qayda pozuntusu aşkar edildiyi halda sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı və 60 manat məbləğində cərimə tətbiq ediləcəkdir.

Odur ki, sürücülərdən dayanma və durma qaydalarına ciddi şəkildə riayət etmələrini və yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalara maneə yaratmamalarını xahiş edirik",-deyə T.Nəsirli əlavə edib.
Sürücülərə XƏBƏRDARLIQ - Bunu edənlər 60 AZN CƏRİMƏLƏNƏCƏKSürücülərə XƏBƏRDARLIQ - Bunu edənlər 60 AZN CƏRİMƏLƏNƏCƏKSürücülərə XƏBƏRDARLIQ - Bunu edənlər 60 AZN CƏRİMƏLƏNƏCƏK






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930