Taksilərlə bağlı YENİLİK: Sürücülər gün ərzində yoxlanılacaq

22-07-2025, 10:10 554 dəfə baxılıb


 

SİMA-nın üztanıma texnologiyası qeyri-qanuni taksi fəaliyyətinin qarşısının alınması məqsədilə “Bolt”, “Uber” və “Yango” mobil tətbiqlərinə inteqrasiya edilir.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, taksi sürücülərinin həqiqətən tətbiqdə görünən sürücü olduğundan əmin olmaq üçün gün ərzində təsadüfi aralıqlarla SİMA-nın rəqəmsal həlli vasitəsilə şəxsiyyət təsdiqi tələb olunacaq.

Avtomobili sürən şəxs sürücü kimi qeydiyyatdan keçmiş şəxs deyilsə, avtomatik olaraq onun xətti bağlanacaq və müştəri götürə bilməyəcək.

Yenilik uyğunluğu təsdiqlənmiş sürücülərin taksi fəaliyyətinə şərait yaradacaq, sürücü profilinin digər şəxslərə ötürülməsinin qarşısını alacaq və sərnişinlərin təhlükəsizliyinin təminini artıracaq.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031