Bakıda yeni kameralar: yerə zibil atanlar cərimələnəcək?

22-03-2025, 20:01 110 dəfə baxılıb

 

Üztanıma kameraları xüsusilə cinayətkarlıqla mübarizədə mühüm rol oynayır. Bu kameralar əsasən parklar, küçələr və insanların sıx olduğu ərazilərdə yerləşdirilir. Üztanıma texnologiyası vasitəsilə həm də piyadaların və sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi təmin oluna bilər.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu fikirləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı üztanıma kameraları haqqında danışarkən deyib.

O bildirib ki, üztanıma kameraları vasitəsilə piyadaların qayda pozuntularına görə məsuliyyətə cəlb olunması mümkündür:

"Nəqliyyat vasitələrinin əksəriyyəti kameralar, radarlar və patrul avtomobillərində quraşdırılmış nəzarət sistemləri vasitəsilə izlənilir ki, bu da sürücülərin qaydalara riayət etməsini təmin edir. Piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi isə ciddi problemlər yaradır. Buna görə də parklarda, küçələrdə və digər ictimai yerlərdə bu texnologiyadan nəzarət məqsədilə istifadə oluna bilər.

Məsələn, piyadaların küçəni zibilləməsi və ya digər ictimai qaydaları pozması zamanı üztanıma sistemləri vasitəsilə həmin şəxslərin kimliyi müəyyən edilərək elektron qərarlar tətbiq edilə bilər. İnsanlar küçədə necə davranmalı olduqlarını bilməlidirlər. Bu, ictimai davranış qaydalarının formalaşması baxımından çox vacibdir".

Elməddin Muradlı hesab edir ki, bunun üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir:

"Qanunda olmayan bir şeyi vətəndaşa qarşı tətbiq etmək mümkün deyil və bu, düzgün də sayılmaz. Ona görə də üztanıma texnologiyalarının tətbiqi ilə bağlı konkret mexanizmlər hazırlanmalıdır".

Qeyd edək ki, hazırda respublika üzrə 4700, o cümlədən Bakı şəhərində 4200 üztanıma kamerası istifadə olunur.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930