Bu dəfə əfvə daha çox qadınlar və əcnəbilər düşəcək -AÇIQLAMA

11-04-2025, 10:44 2 dəfə baxılıb

 

Komissiyanın hər bir üzvünə fikir bildirməsi, arqumentləri səsləndirməsi üçün imkan yaradılıb
 
 
“Bu dəfə komissiyanın baxış obyektində nəqliyyat sahəsində baş verən cinayətlər, bu cinayətlərə görə təqsirləndirilmiş şəxslərin, eyni zamanda xüsusi kateqoriyaya aid şəxslər – qadınlar və əcnəbilərlə bağlı müraciətlər əsas yer tuturdu”. 
 
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sözləri Sherq.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının növbəti iclası barədə məlumat verən komissiya üzvü, Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev deyib. Qeyd edək ki, 2025-ci ilin cənab Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik ili” elan edilməsi nəzərə alınaraq may ayının ikinci yarısında  Əfv fərmanının imzalanacağı güman edilir. 
 
Ə.Nuriyev isə bildirdi ki, bu, komissiyanın növbəti, 5-ci iclası idi: 
- Çox məhsuldar iclas oldu. 100-dən artıq müraciətə baxıldı, müvafiq rəylərin hazırlanmasıyla bağlı qərar qəbul edildi. Komissiya üzvləri 3 saat işlədilər. Geniş müzakirə aparıldı. Komissiyanın hər bir üzvünə fikir bildirməsi, arqumentləri səsləndirməsi üçün imkan yaradıldı. Obyektiv araşdırılma aparıldı. Tərtib olunan rəylər komissiyanın iclasları bitdikdən sonra cənab Prezidentə təqdim olunacaq. 

Növbəti Əfv fərmanının nə zaman veriləcəyinə gəlincə, Ə.Nuriyev bunun cənab Prezidentin səlahiyyətində olduğunu bildirdi: 
-  Əfv fərmanının Respublika Günü münasibətilə imzalanacağına dair müxtəlif xəbərlər yayılır. Amma məlumdur ki, Əfv fərmanının imzalanması birbaşa cənab Prezidentin səlahiyyətinə aiddir. Təcrübə onu deməyə əsas verir ki, əfv fərmanları adətən əlamətdar günlərdə verilir. Bu da Azərbaycan dövlətinin humanizm prinsiplərinə bağlılığını göstərir ki, ailələr məhz bayram günlərində sevinsin, ailələrdə sevinc yaşansın. 
Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930