2025-ci ildə uşaqlara daha çox hansı adlar qoyulub?

1-04-2025, 18:43 1 dəfə baxılıb

 

2025-ci ilin ilk 3 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub.

Ədliyyə Nazirliyinin rəsmi saytı xəbər verir ki, 2025-ci ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub.

Belə ki, 137 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 87, Yusif 86, Əli 76, Raul 70, Miran isə 53 yeni doğulan oğlan uşağına seçilən ad olub.

Dünyana yeni göz açan qız uşaqları üçün ən çox istifadə edilən ad isə Nilay olub. 91 uşaq geridə qalan həyatında bu adı daşıyacaq.

Bununla yanaşı, Məryəm 87, Zəhra 81, Aylin 80, Melisa 78, Ayla isə 73 uşağın adı kimi ailələr tərəfindən seçilib.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930