Azərbaycanın “Avroviziya 2025” yarışmasındakı mahnısı

19-02-2025, 18:27 5 dəfə baxılıb

 

Azərbaycanın “Avroviziya 2025” yarışmasındakı mahnısı bəlli olub. 

Yenisirvanli.İnfo.Az  xəbər verir ki, “Mamagama” qrupu may ayında Avropa səhnəsinə “Run with U” adlı mahnı ilə çıxacaq.

Mahnının sözləri Asəf Mişiyevə (Saphael Mishi), musiqisi isə Asəf Mişiyev (Saphael Mishi), Həsən Heydər (KHVS) və Roman Zilianevə (Roman Zee) aiddir.

Mahnının artıq rəsmi klipi də təqdim olunub. Ekran işində əvvəlki “Avroviziya” təmsilçilərimiz İlkin Dövlətov, Fahree, Tural və Turan Bağmanov da yer alıb.

Builki çıxışda ilk dəfə olaraq saz milli musiqi alətindən də istifadə olunacaq.

Qeyd edək ki, beynəlxalq musiqi yarışması bu il İsveçrənin Bazel şəhərində keçiriləcək.

Azərbaycan mayın 13-ü keçiriləcək birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

İkinci yarımfinal mayın 15-də, final isə 17-də baş tutacaq.

Rəsmi klipi Avroviziyanın rəsmi yutub kanalında izləyə bilərsiniz:

Yenisirvanli.İnfo.Az   







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031