İllərdir aldıqları mənzilə köçə bilmirlər (VİDEO)

1-10-2026, 09:20 139 dəfə baxılıb

 

Bir ilə təhvil veriləcəyi deyilən mənzillərini illərdir gözlədiklərini bildirirlər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Binəqədi rayonunun Söyüdlü küçəsində ev alan vətəndaşlar iddia edirlər ki, “Binəqədi Park” MMC-nin inşa etdiyi üçmərtəbəli, apartament tipli tikililərin hər birində doqquz mənzil nəzərdə tutulub. Şikayətçilər evləri 2022-ci ildə müqavilə əsasında aldıqlarını deyirlər. Onlar hələ də evlərinə köçə bilmədiklərini bildirirlər.

Onlar şirkətə dəfələrlə müraciətlərinə baxmayaraq, təhvil məsələsinin həllini tapmadığını iddia edirlər. Vətəndaşlar tikinti işlərinə məsul şəxs kimi Elvin Kazımovun adını çəkir, onun şirkətin rəhbəri olduğunu bildirirlər. Tələbləri isə mənzillərin yaşayış üçün hazır vəziyyətə gətirilməsidir.

Səsləndirilən iddialarla bağlı Elvin Kazımovla əlaqə saxlamaga çalışsaq da zənglərimiz cavabsız qaldı. Şikayətçilər isə evlərinin nə vaxt təhvil veriləcəyinə dair konkret cavab gözləyirlər.//Xəzər TV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031