Mərdəkan sakinləri qorxu içində: "Gecələr yata bilmirik" VİDEO

14-03-2025, 20:26 2 dəfə baxılıb

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Hacı Zeynalabdin küçəsi, Giriş 275 ünvanında yaşayan sakinlər qonşuları Anar Həkimzadənin həyətində çox sayda it saxlaması, antisanitariya qaydalarına riayət etməməsi və itlərin səs-küyünə görə ondan şikayətçidirlər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, qonşular məsələ ilə bağlı irad bildirsələr də, qonşu Anar Həkimzadə onlara hədə-qorxu gəlir.

"Burada 30-dan çox it var. Antisanitariya şəraitində yaşayırıq, gecələr yata bilmirik. Azyaşlı uşağım var, dəfələrlə səsə oyanır. Qorxu içində yaşayırıq, hər an hücum ola bilər. Anar bəy bizi təhdid edərək deyir ki, sizi məhkəməyə verəcəyəm, hara istəyirsinizsə, şikayət edin", - deyə şikayətçi bildirib.

Anar Həkimzadə isə deyir ki, bir dəfə cərimə olunduqdan sonra hərəkətlərinin yanlış olduğunu anlayıb. O, qonşuların məsələni çox şişirtdiyini söyləyib.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemlə bağlı Daxil İşlər Nazirliyinə (DİN) müraciət olunmalıdır.

DİN-dən isə qeyd edilib ki, sözügedən ünvanda antisanitariya qaydalarını pozan şəxs barəsində qanunvericiliyə uyğun protokol tərtib edilib və antisanitar vəziyyət polisin müşayiəti ilə aradan qaldırılıb.


Yenisirvanli.İnfo.Az  







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930