"Məktəb direktoru məndən 5 min manat pul aldı" — QALMAQAL BİTMƏK BİLMİR (VİDEO)

11-03-2025, 11:12 317 dəfə baxılıb

Müəllimlərə "Hinduşqabaş" deyərək təhqir edən 301 nömrəli məktəbin direktorunun yeni səs yazısı yayılıb.

 Yenisirvanli.İnfo.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, səs yazısından aydın olur ki, müəllimlərin şagirdlərdən yığdığı pul direktora çatdırılır.

Baş verənlərlə bağlı yenidən üz tutduq 301 nömrəli məktəbə. Həm şagirdlər, valideynlər, həm də müəllimlərlə həmsöhbət olduq.

Həmsöhbət olduğumuz pedaqoji heyət uzun müddətdir direktoru görmədiklərini bildirdilər.

Sən demə, bu məktəblə bağlı şikayətlərin sayı-hesabı yoxdur. Çəkiliş vaxtı yuxarı sinif şagirdinə görə valideyndən pul tələb edildiyini, hətta bu səbəbdən işindən azad edilənin olduğunu da öyrəndik.

Valideyn Gülanə Cəfərova iddia etdi ki, övladının hazırlığa getəməsinə şərait yaratması üçün direktor ondan 5000 manat pul alıb.

Digər bir müraciət isə əvvəllər məktəbin bufetində çalışan xanım tərəfindən oldu. İddialara görə, direktorun tələb etdiyi pulu verməyən qadın işdən azad edilib.

Səslənən iddilarla bağlı direktorla əlaqə saxlamağa çalışdıq. Lakin nə zənglərimizə, nə də mesajlarımıza cavab verildi..

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirlib ki, 301 nömrəli tam orta məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilib. Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031