DİQQƏT: Kiberdələduzluğun son zamanlar yeni növü peyda olub – Video

26-02-2025, 11:33 464 dəfə baxılıb

 

Əvvəlcə vətəndaşlara adi nömrə ilə zəng edirlər sonra video görüntünün açılmasının vacib olduğunu bildirirlər, ardınca da şəxsin üz görüntüsünü əldə edərək, dələduzluq edirlər.

Yenisirvanli.İnfo.Az Xəzər TV-yə istinadən xəbər verir ki, İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, bu üsulla süni intellektdən istifadə edərək şəxsin adından videolar düzəltmək mümkündür və dələduzlar da bunu icra edirlər.

Elvin Abbasov deyir ki, görüntü vasitəsilə şəxslərin adına banklardan kredit götürmək və ya bank kartlarından dələduzluq etmək isə mümkün deyil.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, vətəndaşlara naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı diqqətli olmağı, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, tanımadıqları və ya etibar etmədikləri şəxslərlə görüntülü kommunikasiyadan çəkinmək tövsiyə edilir.

Ətraflı süjetdə:

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930