SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə BİLƏRSİNİZ-VİDEO

Bu gün, 12:40 93 dəfə baxılıb

 

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, hətta sayrışan işıq görünüşlü salfet qutularına belə tələbat böyükdür.

Maraqlıdır, qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların qanunsuz istifadəsinə görə hansı cərimə və ya məhdudiyyətlər nəzərdə tutulur?

Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsinə əsasən, müvafiq İcra Hakimiyyəti orqanının icazəsi olmadan nəqliyyat vasitəsinin xüsusi çox avazlı səs və sayrışan işıq siqnalları ilə təchiz olunması qadağandır:

“Belə hal aşkarlandığı təqdirdə həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur”.

Hüquqşünas Hikmət Əliyev isə qeyd edib ki, sözügedən pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən, sürücü avtomobilinin idarə olunmasından kənarlaşdırılır.

Ətraflı Baku TV-nin süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930