Diaspora liderimiz Rusiyada həbs olundu

14-04-2025, 11:31 7 dəfə baxılıb

Rusiyada azərbaycanlı icmasının rəhbəri  həbs edilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Osman Hüseynov Yaroslavl yaxınlığında saxlanılıb. O, miqrantların qondarma qeydiyyatını təşkil etməkdə şübhəli bilinir.  Rusiya Yaroslavl vilayəti üzrə istintaq idarəsi Cinayət Məcəlləsinin 322.3-cü maddəsi-“Əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasında olduğu yer üzrə saxta qeydiyyata alınması ilə cbağlı inayət işi açıb  və araşdırma aparılır. Qeyd edək ki, bu cür əməllər yeni qanunvericiliyə görə  ciddi qanun pozuntusu hesab olunur.

Yaroslavl vilayətinin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan milli-mədəni muxtariyyətinin rəhbəri  Osman Hüseynov Tacikistan və Özbəkistandan olan qeyri-qanuni mühacirlərin  qeydiyyatını təşkil edib.  İddia olunur ki, azərbaycanlı diaspora lideri bunun müqabilində bəzilərindən pul alıb, bəzilərini isə qanunsuz  işlədib.  Yaroslavl regional Azərbaycan milli-mədəni muxtariyyəti ictimai təşkilatı 1999-cu ildə yaradılıb. O, Yaroslavl şəhəri, Uritskoqo küçəsi 47 ünvanında qeydiyyatdadır. Azia.az



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031