Küçə müsahibəsi zamanı müxbiri yumuruqla vurdu - VİDEO
Nyu York Polis Departamenti (NYPD) küçə müsahibəsi zamanı abort əleyhdarı fəalı yumruqlayan qadının həbs edildiyini açıqlayıb.
Yenisirvanli.İnfo.Az xarici mediaya istinadən məlumat verir ki, 30 yaşlı Brianna Rivers keçən həftə Harlemdə baş verən və kameraya çəkilən hücuma görə ikinci dərəcəli hücum ittihamı ilə həbs edilib.
Qurban, 23 yaşlı Savannah Craven Antao abortla bağlı küçə müsahibələri aparan Live Action adlı abort əleyhinə qrupun üzvüdür. "İndicə detektivlərdən xəbər aldım ki, Brianna Rivers həbs olunub! Allah böyükdür!",- bu sözləri Antao İnstaqramda paylaşıb.
Hücumdan sonra Antaonun üzündən və sinəsindən qan axdığı bildirilib. Antaonun həyat yoldaşı bütün hadisəni kamera ilə lentə alıb.
Yenisirvanli.İnfo.Az