Gürcüstanda azərbaycanlı qız itkin düşdü: Əşyaları Kür çayının yaxınlığında TAPILDI

8-04-2025, 10:35 261 dəfə baxılıb

 

Gürcüstanda 21 yaşlı qız itkin düşüb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədovadan aprel ayının 1-dən məlumat yoxdur.

Ailə üzvləri Baku TV-yə bildiriblər ki, 21 yaşlı Aytac Tbilisi Dövlət Üniversitetinin ikinci kurs tələbəsidir və təhsili ilə əlaqədar paytaxtda yaşayıb.

Aytacla ailəsinin son telefon danışığı isə dostunun doğum gününə getməsi ilə bağlı olub. O, anası ilə danışaraq səhəri gün imtahanının olduğunu və evə qayıdacağını bildirib. Bundan sonra isə ondan xəbər almaq mümkün olmayıb.

Anasının sözlərinə görə, qızının telefonu, çantası və ayaqqabısı Kür çayının yaxınlığında tapılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Aytac Məmmədovanın axtarışları istiqamətində bütün lazımi tədbirlər həyata keçirilir.

Ətraflı süjetdə:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031