Bakıda qəbiristanlıqda VAHİMƏLİ HADİSƏ: Cavan qızın qəbrinə sərilən gəlinlik İNSANLARI QORXUDUR

5-04-2025, 10:53 160 dəfə baxılıb

 

Paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki sakinlər yaşadıqları ərazinin qəbiristanlıqla üz-üzə olmasından narazıdırlar. Qəsəbə sakinləri Zığ sürüşmə sahəsindən köçürüldüklərini və burada əvvəlcə şəraitin olmamasına baxmayaraq, əlacsızlıqdan razı olduqlarını bildirirlər. Lakin sonradan yaxınlıqda yerləşən qəbiristanlığın getdikcə genişlənməsi və evlərinə yaxınlaşması sakinləri narahat edib.

 

Onlar deyirlər ki, artıq yaşadıqları ərazi qəbiristanlığın sahəsinə çevrildiyindən, uşaqlar üçün oynamağa yer də yoxdur. Ümumilikdə isə qəbiristanlıqdan gələn insan səsləri də onlara pis təsir edir.

 

"Bizə əvvəllər dedilər ki, rus qəbiristanlığı var amma indi qəbiristanlığı genişləndirirlər və bizim həyətlərimizə yaxınlaşır. Orada bir cavan qız dəfn edilib. Qəbrin üzərinə gəlinlik atılıb. Məktəbdən gələn uşağım qəbirin üzərində ağ gəlinliyin hərəkət etdiyini görüb, qorxub. Evə qaçıb deyir mələk uçur. Əlindən tutub aparmışam ki, qızım bax paltardır. Bu ərazi bizi qorxudur, uşaqlar burada rahatlıqla oynaya bilmirlər", - deyə sakinlərdən biri bildirib.

 

Ətraflı Xəzər TV-nin süjetində:

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031