17 yaşlı oğul anasını küçənin ortasında buna görə öldürüb-VİDEO

31-03-2025, 19:11 47 dəfə baxılıb

 

  

Abşeron rayonunda hər kəsi şoka salan dəhşətli cinayət baş verib.

Yenisirvanli.İnfo.Az Den.az-a istinadən xəbər verir ki, 17 yaşlı Səid Əliyev 39 yaşlı anası küçənin ortasında vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinir.

Hadisə şahidlərinin sözlərinə görə, yeniyetmə oğlan anasını bıçaqlayaraq öldürüb. İddiaya görə, Rəfiqə Əliyeva həyat yoldaşı ilə uzun müddətdir ayrılıqda yaşayırmış. Oğlu isə anasının bu qərarını atasına qarşı bir etiraz kimi qəbul edib və onu bağışlaya bilməyib.

Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Səid Əliyev artıq istintaq çərçivəsində ifadə verib. O, hadisə yerinə gətirilib və cinayətin bütün təfərrüatları araşdırılır.

Bu faciə bir daha göstərir ki, ailədaxili problemlər düzgün həll olunmadıqda, acı nəticələrə səbəb ola bilər. İstintaq davam edir.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930