31 minə aldığı ev başqasının çıxdı… — VİDEO

29-03-2025, 19:18 95 dəfə baxılıb

 

Bakıda yaşayan Laçın sakini Azər Əsədov dələduzluğun qurbanı olduğunu iddia edir.

 Yenisirvanli.İnfo.Az "Xəzər xəbər”ə istinadən xəbər verir ki, A.Əsədov 31 min manata ev aldığını, lakin daha sonra aldadıldığını öyrəndiyini deyib.

Şikayətçinin sözlərinə görə, evi rieltor vasitəsilə alıb. Amma sonradan məlum olub ki, notarial qaydada ev satan şəxs həmin əmlakın sahibi deyilmiş.

Zərərçəkən şəxs, həm də iddia edir ki, sözügedən 34 saylı notariat ofisinin əməkdaşı Kəmalə Hüseynzadə də dələduzlarla əlbirdir.

Məsələ ilə bağlı adı hallanan K. Hüseynzadə qeyd edib ki, icra etdiyi işi qanun çərçivəsində edib və dələduzları tanımır.

DİN-dən isə bildirilib ki, özünü ev yiyəsi kimi təqdim edən Elçin Şirinov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb. Toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə şəxs həbs olunub. Rieltor Firqət Balayev isə şahid qismində dindirilib.

Daha ətraflı süjetdə:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930