İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı QƏRAR VERİLDİ – Bu səlahiyyət ƏLİNDƏN ALINDI

21-03-2025, 17:54 204 dəfə baxılıb

 

İstanbulda bəzi metro və dəmir yolu sistemlərinin idarəetməsi İstanbul Böyükşəhər Bələdiyyəsindən alınaraq Nəqliyyat və İnfrastruktur Nazirliyinə verilib.

Yenisirvanli.İnfo.Az “Haber Global”a istinadən xəbər verir ki, Rəsmi Qəzetdə dərc olunan Prezident qərarı ilə Kazım Karabekir-Topağacı-Ümraniye İdman Kəndi Dəmir Yolu Sistemi Xəttinin tikintisi və idarəetmə məsuliyyəti İstanbul Böyükşəhər Bələdiyyəsindən alınaraq Nəqliyyat və İnfrastruktur Nazirliyinə verilib.

Bu, Nazirlər Kabinetinin 25 oktyabr 2010-cu il tarixli 2010/1115 nömrəli qərarı əsasında müvafiq qanunvericiliyə edilən dəyişikliklərlə həyata keçirilib.

Buna əsasən, adıçəkilən metro xətti şəhər daxili dəmir yolu nəqliyyatı sistemləri çərçivəsinə daxil edilərək nazirlik tərəfindən həyata keçiriləcək layihələr siyahısına əlavə olunub.

QƏRARIN DETALLARI

Qərara əsasən, Kazım Karabekir-Topağacı-Ümraniye İdman Kəndi Dəmir Yolu Sistemi Xətti layihəsi Nazirlik tərəfindən həyata keçiriləcək.
Bu dəyişiklik, müvafiq fərmanının 3-cü maddəsinin (a) bəndinin (7) alt bəndi olaraq yenilənib.
Qərar, 20 mart 2025-ci ildən etibarən qüvvəyə minib.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930