İki gündür Bakının bu ərazilərində su yoxdur – qurum isə “verilib” deyir

8-10-2026, 09:51 110 dəfə baxılıb

 

Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı və Pirallahı rayonlarının bəzi ərazilərində su problemi hələ də davam edir.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, ötən gündən etibarən su təminatında yaranan fasilə ilə bağlı “İri Şəhərlərin Su Təchizatı” QSC tərəfindən suyun oktyabrın 7-də səhər saatlarında bərpa ediləcəyi bildirilsə də, artıq gecə saat 23:00-dır və bir sıra ərazilərdə sakinlər hələ də susuzdur.
Üstəlik, problem artıq yalnız evlərdə deyil, marketlərdə də özünü göstərir. Sakinlərin sözlərinə görə, insanlar məcbur qalaraq içməli su almaq üçün marketlərə üz tuturlar. Lakin suya tələbatın kəskin artması səbəbindən bəzi marketlərdə də satılan su qalmayıb.
Məsələ ilə bağlı qurumun mövqeyi isə sakinlərin yaşadığı vəziyyətlə ziddiyyət təşkil edir. Qurumdan suyun verildiyi, əksər ərazilərə çatdığı və hazırda xətlərin dolmasının gözlənildiyi bildirilir.
Lakin sakinlər bildirirlər ki, saatlarla kranlardan su gəlmir.
Bu isə xüsusilə çoxmənzilli binalarda yaşayan ailələr üçün ciddi narahatlıq yaradıb. aqreqator.az
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031