98 saylı bağça ilə bağlı araşdırma aparılır
Sosial şəbəkələrdə Yasamal rayonundakı 98 saylı uşaq bağçasına cəlb olunmuş azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə edilməsi, habelə aparılmış tibbi müayinələr zamanı orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlanması barədə yayılan məlumatlar dərhal nəzarətə götürülüb.
Yenisirvanli.İnfo.Az bildirir ki, Ailə Qadın və Uşaq Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunub və onlardan məsələ ilə bağlı ətraflı məlumat alınıb.
Faktın bütün təfərrüatları ilə birlikdə obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər ünvanlanıb.
Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. Araşdırmanın nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun, müvafiq qaydada tədbirlər görüləcək.
***
15:53
Bakıda bağçaya gedən uşağın qanında psixotrop maddələrin çıxması ilə bağlı araşdırmalara başlanılıb.
Yenisirvanli.İnfo.Az bildirir ki, məsələ ilə bağlı ərazi üzrə polis şöbəsində təhqiqat araşdırması aparılır.
***
15:06
Bakı şəhəri 98 nömrəli bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Yenisirvanli.İnfo.Az bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ), qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.
Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi vurğulanıb.
İddiaya görə, bağçaya gedən uşağın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb. Tezadlar.az
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: