Qaxda 75 metrlik şəlalə donub - Foto

19-02-2025, 10:00 9 dəfə baxılıb

 

Qax rayonunun İlisu kəndində yerləşən Ramramay şəlaləsində ecazkar mənzərə yaranıb...


Yenisirvanli.İnfo.Az  xəbər verir ki, ərazidə temperaturun -15 dərəcəyə qədər aşağı düşməsi hündürlüyü 75 metr olan şəlalənin təmamilə donması ilə nəticələnib.

Donaraq cazibədar görüntüyə səbəb olan Ramramay şəlaləsinə qədər olan məsafə İlisu kəndinin yuxarı baş hissəsindən iki kilometrdir.

Kənd sakinləri bildiriblər ki, şəlaləyə yalnız "UAZ" və "Niva" markalı avtomobillərlə getmək mümkündür.

Qeyd edək ki, Ramramay şəlaləsi ildə 2 ay, əsasən yanvar və fevral aylarında donaraq buz kütləsinə çevrilir. Şəlalə dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir.

Yenisirvanli.İnfo.Az  







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031