İftarını su ilə açdı, yeməyini yemədən öldü – 13 yaşlı Hüseynin faciəvi sonu

13-03-2025, 10:00 373 dəfə baxılıb

 

Bakıda 13 yaşlı oğlan binadan yıxılaraq dünyasını dəyişib. 

Yenisirvanli.İnfo.Az "Teleqraf”a istinadən verdiyi məlumata görə, hadisə martın 11-də axşam saatlarında paytaxtın Xətai rayonu, Babək prospekti, 70 ünvanında baş verib.

2012-ci il təvəllüdlü Hüseyn Ələkbərli yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.

Mərhumun babası Ədalət Tanrıverdiyev bildirib ki, hadisə baş verən gün nəvəsi oruc tutubmuş: “Hüseyn gün ərzində baş gicəllənməsindən şikayət edirdi. Neçə dəfə dedik ki, orucunu aç, amma razı olmadı. Axşam iftarını açdı, amma yemək yemədi, yalnız su içdi”.

Hüseyn daha sonra eyvana çıxıb, Yel çərşənbəsinə görə həyətdə qalanan tonqala baxıb. Bu zaman eyvandan yıxılıb. Hadisədən isə ilk olaraq onun altı yaşlı bacısı xəbər tutub.

Hüseyn Bakı şəhəri, Nizami rayonunda 62 nömrəli məktəb-liseyin VII sinfində təhsil alırdı. O, əlaçı idi.

Faktla bağlı araşdırma aparılır.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031