“Yapı Kredi Bank Azərbaycan”ın rəhbəri niyə işdən çıxıb?

12-03-2025, 13:25 170 dəfə baxılıb

 

“Yapı Kredi Bank Azərbaycan” QSC-nin İdarə Heyətinin sədri Cenk Yüksel fevral ayının sonundan etibarən işdən ayrılıb.

O, 28.09.2015-ci il tarixindən etibarən “Yapı Kredi Bank Azərbaycan” QSC-də İdarə Heyətinin Sədri/Baş Direktor vəzifəsində çalışırdı. Hələlik Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyinat yoxdur. Bu haqda marja.az yazıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, .Yüksel 1991-1996-cı illərdə Gazi Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsini bitirmişdir. 1996-2009-cu illərdə Koç Bankda daxili auditor, Daxili Audit Departamentinin baş auditoru, Daxili Audit Departamentini rəhbəri, Daxili Audit Departamentinin nəzdində Kredit və Risk Auditinin bölüm rəhbəri vəzifəsində çalışmışdır. 2009-2015-ci illərdə Yapı Kredi Bankası A.Ş Daxili Audit departamentinin nəzdində Strateji Planlama və Audit koordinasiya qrupunun direktoru olmuşdur. 05.06.2015- 28.09.2015 -ci ildə “Yapı Kredi Bank Azərbaycan” QSC Əməliyyatlar üzrə Baş Direktor (COO), 28.09.2015- ci ildən etibarən Yapı Kredi Bank Azərbaycan” QSC-də İdarə Heyətinin Sədri/Baş Direktor vəzifəsində çalışıb. Onun işdən ayrılmasının səbəbi açıqlanmır. Hazırda İdarə Heyətinin digər üzvləri – Şəhla Səmədova və Sinan Ağırbaş banka rəhbərlik edirlər.TİA.AZ

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930