Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir-Video

10-04-2026, 15:45 951 dəfə baxılıb

 

Xətai rayonu, Rəşid Bağırov küçəsində kollektorun üzərində tikilmiş ümumilikdə daha 22 ev var və bunlardan 8-i hazırda ərazidə aparılan təmir işlərinə maneçilik törədir.


“Yenisirvanli.info.az” xəbər verir ki, bununla bağlı ATV kanalında süjet hazırlanıb. 


ADSEA-nın Bakı Sukanal İdarəsinin rəis müavini Əlizadə Nəsirovun sözlərinə görə, həmin tikililər qəza baş verən yerə çox yaxın məsafədədir: “8 ev zədəli zonada - qəza baş verən yerə 100-200 metr məsafədə yerləşir. Aşağı istiqamətlərdə də kollektor üzərində tikilmiş evlər var. Bu tikintilərin hamısı tam maneə törədir”. 


Qeyd olunub ki, kollektorun keçdiyi evlər siyahıya alınır. Sakinlər icra hakimiyyətinə çağırılıb. Onlara evlərinin sökülmə ehtimalının olduğu deyilib.


Xatırladaq ki, ötən həftə sözügedən ünvanda üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çökməyə məruz qalıb, nəticədə Səbuhi Məmmədova məxsus ev sökülüb. 


Daha ətraflı videomaterialda:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031