“Dövlətin kino istehsalı üçün ayırdığı vəsait lazımi formada xərclənmir” – AKİ katibi

10-03-2025, 18:03 126 dəfə baxılıb

 

“Azərbaycanda kino istehsalı artırılmalıdır, başqa yol yoxdur”.

APA xəbər verir ki, bu barədə Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Cinema Talks” (“Kino müzakirələri”) adlı paneldə Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi kinorejissor Əlisa Cabbarov deyib..

Onun sözlərinə görə, dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir: “Ayrılan pullar hesabda yığılıb qalıb. Bunun səbəbi nədir? Kino ictimaiyyəti bunu anlamır”.

Azərbaycan Respublikasının Kino Agentliyinin direktor vəzifəsini icra edən Orxan Fikrətoğlu isə iddiaya cavab olaraq bildirib ki, statistikaya əsaslanmaq lazımdır: “Kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda “44”, “Borc”, “Doğma torpaq” kimi filmlərin təqdimatı olacaq. Deyəndə bunları da demək lazımdır”.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930