Hərbi qeydiyyat sənədlərini 200 manat cərimələnəcək – RƏSMİ

9-03-2025, 11:44 160 dəfə baxılıb

 

Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimələr artırılır.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq və ya 200 manat məbləğində cərimə ediləcək.

Mövcud qanunvericiliyə əsasən, xəbərdarlıq edilir və ya 50 manat məbləğində cərimə tətbiq edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031