Bakıda binalar tikiləcək - 27 milyon manatlıq layihə

8-03-2025, 11:28 119 dəfə baxılıb

 

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində bir müddət əvvəl elan etdiyi beş ədəd çoxmənzilli yaşayış binasının tikintisi işlərinə başlayır.

 Yenisirvanli.İnfo.Az Trend-ə istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalından əldə ediən məlumata görə, bununla bağlı agentlik müvafiq işlərə yekun vurub.

 Qeyd edək ki, sözügedən işlər 2,31 ha torpaq sahəsində inşa olunacaq, bununla yanaşı, mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri də həyata keçiriləcək.

 MİDA qeyd olunan işlərin icrasını "Amal Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 27,3 milyon manat ödənilib.

 Qeyd edək ki, işlərin həvalə olunduğu "Amal Group" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi İbrahimli Orxan Asif oğludur.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031