Neçə uşağa ünvanlı dövlət sosial yardımı verilir?

28-01-2026, 14:22 353 dəfə baxılıb

 

“Hazırda aztəminatlı ailələrdən olan 179 min 618 uşağa ünvanlı dövlət sosial yardım ödənişi verilir”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında yeni – “Uşaq hüquqları” haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.


“Yeni qanun layihəsində uşaq artıq yalnız sosial yardım alan şəxs kimi deyil, sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınıb. Həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 2025-ci ildə 275 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb və 176 uşaq isə müəssisələrdən ailələrinə qaytarılıb.


Bu il yanvarın 1-də 44 200 nəfər əlilliyi olan uşaq, 67 min nəfər ailə başçısını itirmiş uşaq, 13 200 nəfər beşdən çox uşağı olan qadınların uşağı, 3 200 nəfər aztəminatlı ailələrin 1 yaşınadək uşağı, 647 nəfər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşağı, həmçinin 42 nəfər övladlığa götürülmüş, 47 nəfər isə himayədar ailəyə verilmiş uşaq olmaqla ümumilikdə 128 mindən çox uşaq nazirlik tərəfindən sosial ödənişlərlə təmin olunur”, - B.Hüseynov bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031