“Bəzən hərbiyə yararsızlıq qərarı dəyişdirilir”

26-01-2026, 15:37 326 dəfə baxılıb

 

“Hərbi xidmətə çağırışçıların təkrar müayinəsi zamanı elə hallar olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi həkim komissiyalarının qərarları Agentlik tərəfindən təsdiqlənmir”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.


“Bəzən də həmin qurum tərəfindən verilən yararsızlıq qərarı Agentliyimiz tərəfindən dəyişdirilir. Bu, mümkün haldır və hazırda da belə hallar müşahidə oluna bilər. Təbii ki, arzuolunmaz haldır. Bəzi yerlərdə, xüsusən regionlarda yetəri qədər tibbi məlumatların və avadanlıqların olmaması səbəbindən bu hallar baş verə bilər. Biz Agentlikdə əyani şəkildə və sənədlər əsasında yoxlama aparırıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031