“Süni intellekt 5 il sonra bəşəriyyətdən daha ağıllı olacaq”

23-01-2026, 08:22 291 dəfə baxılıb

 

“Texnoloji inkişafın mövcud sürəti nəzərə alınarsa, süni intellektin yaxın 5 il ərzində bütün bəşəriyyətdən daha ağıllı səviyyəyə çatması mümkündür”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bunu “Tesla” və “SpaceX”in rəhbəri İlon İsveçrənin Davos şəhərində keçirilən 56-cı Dünya İqtisadi Forumunun (WEF) illik toplantısı çərçivəsində təşkil olunan sessiyada deyib.


Gələcəyə nikbin yanaşdığını bildirən Mask bəşəriyyətin bolluq dövrünə doğru irəlilədiyini və tarixin ən maraqlı mərhələsində yaşadığımızı vurğulayıb.


Qocalmanın həll edilə bilən problem olduğunu deyən Mask insan ömrünün uzadılmasının mümkünlüyünü istisna etməyib.


Mask bildirib ki, süni intellektdən istifadənin qarşısındakı ən böyük məhdudiyyət elektrik enerjisidir. Onun sözlərinə görə, süni intellekt çiplərinin istehsalı sürətlə artsa da, qlobal elektrik istehlakı ildə cəmi 3-4 faiz artır:


“Çox güman ki, yaxın vaxtlarda istifadə edə biləcəyimizdən daha çox çip istehsal ediləcək”.


Çinin enerji istehsalındakı sürətli artıma diqqət çəkən Mask xüsusilə günəş enerjisi potensialını yüksək qiymətləndirib. ABŞ-də günəş enerjisinə tətbiq olunan yüksək tariflərin isə bu sahədə xərcləri süni şəkildə artırdığını bildirib.


Günəşi ən böyük enerji mənbəyi adlandıran Mask bir neçə il ərzində “SpaceX” vasitəsilə günəş enerjisi ilə işləyən süni intellekt peyklərinin orbitə buraxılmasının planlaşdırıldığını açıqlayıb.


Mask vurğulayıb ki, texnoloji irəliləyiş fonunda süni intellekt bu ilin sonuna və ya gələn ilin əvvəlində istənilən insandan daha ağıllı ola bilər:


“Böyük ehtimalla, 5 ildən sonra süni intellekt bütün bəşəriyyətdən daha ağıllı olacaq”.


O, hər kəsi gələcəyə nikbinlik və həyəcanla baxmağa çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031