İcra nümayəndəsinin qardaşı güllə yarasından öldü

7-03-2025, 10:20 157 dəfə baxılıb

 

Biləsuvar rayonunda güllə yarası alan kişi ölüb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində olub.

Belə ki, 1968-ci il təvəllüdlü Bağırov İqbal Bəhlul oğlu yaşadığı evin həyətində güllə yarası alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

İlkin olaraq olar, onun ov tüfəngindən aldığı güllə yarasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

***

Biləsuvar rayon sakininin güllə yarasından ölməsinin bəzi təfərrüatları məlum olub.

Belə ki, İqbal Bağırov  evinin həyətində oğlanlarının mübahisəsinə əsəbləşib. Daha sonra o, ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman açılan atəş onun ölümünə səbəb olub.

İ. Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator kimi çalışırmış. O, hadisə baş verən kəndin icra nümayəndəsinin qardaşıdır.

Hadisə ilə bağlı TƏBİB-dən açıqlamada bildirilib ki, bu gün saat 20:30 radələrində 1968-ci il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir./Qafqazinfo

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930