7 vəkillə bağlı intizam tənbehi tədbirləri tətbiq edildi

15-01-2026, 09:19 242 dəfə baxılıb

 

Ötən gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, iclasda Prezident İlham Əliyevin 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən VK-nın 8 üzvü – Alməmmədov Nəriman Əli oğlu, Əliyeva Aytəkin Güləli qızı, Qazıbəyov İbrahim Mehman oğlu, Maxsudova Ülkər Taleh qızı, Mirzəzadə Asim Vilayət oğlu, Mustafayev Cavidan Mustafa oğlu, Səfərli Günel Adil qızı, Süleymanov Cavid Loğman oğlunun mükafatlandırılmaları və fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb və müsbət qərar verilib.


İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri pozuntulara görə 7 vəkil barəsində intizam tənbehi tədbirləri tətbiq edilib və 2 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031