“AAAF Park”ın rəhbərliyini KİMLƏR VƏ NİYƏ HƏDƏFƏ ÇEVİRİR? - Ramin Abdullayevin işçisi dövləti sabotaj edir...

6-03-2025, 10:29 305 dəfə baxılıb

"Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin girişində inşa edilən tikili artıq bir neçə həftədir ki, medianın əsas diqqət mərkəzindədir. Tikinti ilə bağlı media orqanlarında kütləvi tənqidlər səslənlməkdədir. Heç bir əsası olmayan bu tənqidlər isə bir ünvandan qaynaqlanır – Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən..."

 Yenisirvanli.İnfo.Az xəbər verir ki,  bu ilginc iddia "DİA-AZ"a göndərilən məqalədə yer alıb.

Məqalədə daha sonra deyilir: "Öncə qeyd edək ki, “AAAF Park” kompleksinin girişində inşa edilən tikili medianın iddia etdiyinin əksinə olaraq tamamilə qanunidir. Bütün rəsmi icazələri mövcuddur. Yəni hanssıa qanunsuz, qaçaq tikilidən söhbət getmir. Ancaq bu tikilini qanunsuz kimi təqdim etməyə, bunun üzərindən ləyaqətli iş adamlarını gözdən salmaqda, onlara qarşı kampaniya aparmaqda maraqlı olan şəxslər var. Bu şəxslərdən biri Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin “dollar Cavid” adı ilə tanınan işçisidir.

Bu şəxs öz maddi maraqlarına görə mətbuatda əsassız yazılara rəvac verir, müxtəlif vəzifə sahiblərinə, iş adamlarına şər atır. Əslən paytaxta yaxın rayonlardan biri olan bu şəxs ona "görüm-baxım etməyən" iş adamlaırnı bu kimi kampaniyalarala gözdən salmağa çalışır. Yaxın günlərdə bu şəxsin kimliyi, tutduğu vəzifə, hansı məmurları medianın hədəfinə çevirdiyi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək..."

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930