Bu şəxslərin pensiyası ARTIRILACAQ

5-03-2025, 10:10 114 dəfə baxılıb

 

“Qanunvericiliyə əsasən, işləyən vətəndaşlarımızın pensiya məbləği iki dəfə artırılır. İndeksləşdirmə ilə hər il artırılır. Eyni zamanda iki dəfə pensiya məbləğinə əlavə olur”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, işləyən vətəndaşların pensiya məbləği praktik olaraq mövcud qanunvericiliklə daha çox artır:

“Vətəndaş altı il işlədikdən sonra 72-yə bölünür. Daha altı il işləyirsə, o zaman həmin kapital bir daha 72-yə bölünərək pensiya məbləğinə əlavə olunur.

Mövcud qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən vətəndaşların pensiya kapitalı yığılmaqda davam edir. Bu zaman toplanan kapital altı ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur. Altı ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır.

 

Tutaq ki, bir vətəndaş 2019-cu ilin fevral ayında əmək pensiyası hüququ qazanıbsa, amma eyni zamanda işləməyə davam edib. Həmin vətəndaşımızın pensiyası 2025-ci ilin yanvar ayında əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq indeksləşmə nəticəsində artırılır. Amma eyni zamanda həmin vətəndaşımızın pensiya məbləği fevral ayında yenidən artırılır. Çünki vətəndaşımız işləməkdə davam edir və onun pensiya kapitalı formalaşır”.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930