“Övladımın əşyalarını verdilər, qan içindədir” - Video

25-11-2025, 09:19 103 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, paytaxtın Nərimanov rayonunda yerləşən “AFEN Plaza” biznes mərkəzində partlayış baş verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, partlayış zamanı beşmərtəbəli bina ilə yanaşı, ətrafdakı tikililər də zərər görüb.


Hadisədə obyektin içərisində olan işçilərlə bərabər, ərazidən keçən şəxslər də xəsarət alıb.


“Getdiyim yerdə nəsə partladı, məni kənara atdı. Şüşələr üstümə aşdı. Qalxdım, gördüm, hər yerim qandır”, - xəsarət alanlardan biri deyib.


“Övladımın əşyalarını verdilər, qan içindədir. Həkimi gözləyirəm. Övladım reanimasiyadadır, heç bir məlumat yoxdur”, - xəsarətlərlə xəstəxanaya yerləşdirilənlərdən birinin anası qeyd edib.


Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031