Polis Akademiyası təbliğat-təşviqat tədbirlərini davam etdirir - Fotolar

20-11-2025, 11:38 120 dəfə baxılıb


Polis Akademiyasının əməkdaşları tərəfindən həm paytaxtda, həm də müxtəlif bölgələrdə yerləşən məktəblərin müəllim və IX–XI sinif şagirdləri ilə keçirilən maarifləndirici görüşlər davam etdirilir.


“Yenisirvanli.info.az” xəbər verir ki, təbliğat xarakterli tədbirlərdə şagirdlərə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil imkanları, tədris prosesi, Akademiyanın tarixi və daxili işlər orqanlarında xidmətin üstünlükləri haqqında ətraflı məlumatlar verilir. 


Görüşlərdə iştirak edən şagirdlər təhsil müəssisəsində mövcud sosial təminatlar – geyim, yataqxana şəraiti və tətbiq olunan müasir tədris texnologiyaları ilə də tanış edilirlər. 


Şagirdlərə “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə qəbul şərtləri geniş şəkildə izah olunur, Akademiyanın fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilir və məlumatlandırıcı lifletlər təqdim edilir. 


Polis Akademiyasının keçirdiyi bu tədbirlər şagirdlər tərəfindən maraqla qarşılanır, sənəd qəbulu və onları maraqlandıran digər suallar cavablandırılır.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031